22 milyard sərvəti olan sultanın qızı adi məmurla evləndi

22-milyard-serveti-olan-sultanin-qizi-adi-memurla-evlendi
Oxunma sayı: 647

Qeyd edəki ki, ötən cümə axşamı şahzadə Sururul Bolkia özündən üç yaş kiçik olan və ölkə hökumətində məmur vəzifəsində çalışan 29 yaşlı Pengiran Hacı Məhəmməd Ruzaini ilə evlənmişdi. Dünən isə cütlük 1700 nəfərlik möhtəşəm sarayda ənənəvi mərasim zamanı kral ailəsinin qarşısına çıxıb. Tailandın Baş naziri Yinqlak Çinavata, Filippin Prezidenti Beniqno Akino və Kambocanın Baş naziri Hun Senin də qatıldığı mərasimdə Sultan kürəkənin əlini gəlinin başına qoyaraq cütlüyün evliliyinə xeyir-dua verib. Məmur kürəkənə mərasimdə "Sultan həzrətlərinin oğlu" mənasını verən "Yanq Amat Mulia Penqiran Anak" titulu verilib. 20 dəqiqə davam edən mərasim din xadimlərinin dualarından sonra başa çatıb.

Xatırladaq ki, 600 ildən bəri Bruneyi idarə edən kral ailəsinin üzvü olan Hassanal Bolkia ölkənin neft ehtiyatları sayəsində 22 milyard dollarlıq sərvətə malikdir.

Bir həftə davam edən toy mərasiminin 20 milyon dollara başa gəldiyi ehtimal edilir. Şahzadə Hafiza Sultanla kraliça Salihanın beşinci uşağıdır.

“Qafqazinfo” 3 dəfə evlənən 66 yaşlı sultanın ailə fotolarını təqdim edir