22 Milyon təzminat aldı

22-milyon-tezminat-aldi
Oxunma sayı: 669

“Qafqazinfo” xəbər verir ki, sonradan o unudulub və təcridxanada qalıb. Gözətçilərin belə maraqlanmadığı, kiçik bir otağa atılan Slevin iki il həbsdə qalıb. 22 ay boyunca saçı-saqqalı bir-birinə qarışan Slevinin dünya ilə bağı kəsilib, bir müddətdən sonra o özü də vaxt anlayışını itirib. Ağrıyan dişini əli ilə çəkib. Azadlığa buraxılandan sonra depressiya yaşayan, xəstə olan Slevin ilk növbədə hüquq mühafizə orqanlarını məhkəməyə verib. CNN telekanalına müsahibəsində o “Gözətçilər yanımızdan keçib gedirdi, amma çürüməyimə fikir vermirdi” deyib.

Dünən SanteFe məhkəməsi 2007-ci ildə azad olunan Slevinə 22 milyon dollar təzminat ödənilməsi haqda qərarı çıxarıb. Bununla da Slevin ABŞ da insan haqları davasında ən yüksək təzminat alan insan olub.