22 yaşlı Azadlıq cəngavəri

22-yasli-azadliq-cengaveri-
Oxunma sayı: 646

Azadlıq mübarizəsində doğulmaq isə tarixin tək-tək hadisələrindəndir. Hər millətin tarixində bu hadisə bir kərə baş verir.
Azərbaycan xalqının Milli Azadlıq hayqırtısını dünyaya çatdırmaq üçün düz 22 il öncə işıq üzü görmüş “Azadlıq” qəzetinin bu gün yaranış günüdür. Tarix bu ləyaqət yükünü düz 22 il əvvəl “Azadlıq”ın çiyninə qoyaraq, ona “cəngavərlik” titulunu verdi. Azərbaycan xalqının bağrından qopan hər bir səsə tərcüman olmaq “Azadlıq” üçün alın yazısı, tale vəzifəsi olduğundan “Azadlıq” da Azərbaycan xalqı qədər yaşamağa iddialı, hökmlüdür.
Biz təvazökarlıq etmək və ya belə görünmək fikrindən uzağıq. Çünki bəzi həqiqətləri səsləndirməmək bu tarixi yükü bizə ötürənlər qarşısında səhvə yol vermək ola bilər. Onların əziz xatirəsi və gələcək nəsillərin hər şeyi dəqiq bilməsi üçün demək lazımdır ki, “Azadlıq” tarixin bütün dövrlərində israrla xalqın və onun hər bir fərdinin azadlığı üçün əlindən gələni, bağrından qopanı edib, irticanın qarşısında son alınmaz qalaya çevrilməyi bacarıb. Bu, məhz tarixin verdiyi “cəngavərlik” titulunun verdiyi güc və inamdır.
“Azadlıq”ın yolunu həbslərdən, işgəncələrdən, mühacirətlərdən, məhrumiyyətlərdən salsalar da, o, öz yolundan dönmədən, sapmadan irəli getməyi bacarıb. Bu gün də biz bu ləyaqət yükünü gələcək nəsillərə şərəflə daşıyacağımıza əminik!
“Azadlıq”ın şərəfi Azərbaycanın ləyaqətidir! Ləyaqətli Azərbaycanda şərəfli azadlıqlar arzusu ilə... Bayramımız və bayramınız mübarək!!!

azadliq.info