22 yaşlı gənci öldürən şəxs yaxalandı

22-yasli-genci-olduren-sexs-yaxalandi
Oxunma sayı: 833

Ötən gün Bakinin Nərimanov rayonunda ölüm və ağır yaralanma ilə nəticələnmiş insidenti törədənlər polis tərəfindən yaxalnıb. Araşdırma zamanı məlum olub ki, qanlı hadisəni 1989-cu il təvəllüdlü İsmayılov Azər Müftin oğlu törədib. Nərimanov polisinin keçirdiyi əməliyat zamanı bir nəfəri qətlə yetirib, digərini isə yaralamaqda şübhəli bilinən 22 yaşlı Azər İsmayılov yaxalanaraq istintaqa təhvil verilib. Polislər kütləvi davada iştirak edən daha iki nəfəri də məsuliyyətə cəlb edib.

Faktla bağlı Azər Ismayılov barəsində Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. İninsidentdə iştirak edən digər şəxslər barəsində isə cinayət məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işinin başlanacağı istisna edilmir.

Qeyd edək ki, qanlı hadisəsinin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Gənclərin mübahisələrinin səbəbi aparılacaq istintaq araşdırmalarından sonra məlum olacaq.

Xatırladaq ki, ötən gün Paytaxtın Nərimanov rayonunda bir qrup gənc arasında ölümlə və ağır yaralanma ilə nəticələnən kütləvi dava baş vermişdi. Rayonun Həsən Əliyev küçəsində qeydə alınmış hadisə zamanı 25 yaşlı Elman Hacıbabayev və 22 yaşlı İbrahim Yəhyayev ağır xəsarətlərlə xəstəxanaya çatdırılmış, həkimlərin səyinə baxmayaraq ürək nahiyyəsindən bir neçə bıçaq xəsarəti alan İbrahim Yəhyayevin həyatını xilas etmək mümkün olmamışdı. Digər yaralı Elman Hacıbabayevin vəziyyəti isə ağır olaraq qalır.

anspress