+24 - Hazırlaşın!

24-hazirlasin
Oxunma sayı: 661

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-8 dərəcə isti, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir.Əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Nigar Məmmədli