35 yaralı var - Dəhşətli qəzadan

35-yarali-var-dehsetli-qezadan
Oxunma sayı: 643

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, yaralılardan 25 nəfəri Kliniki Tibbi Mərkəzə, 9-u Travmatologiya İnstitutuna, 1 qadın isə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.

Təcili yardım 3 nəfərin meyitini morqa təhvil verib. Onlardan 2-sii qadın, 1-i kişidir. Qalan meyitləri isə polislər aparıb.

Nəqliyyatda Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya qəza nəticəsində 7 nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, bu gün Bakının Lökbatan qəsəbəsində 124 nömrəli marşrut avtobusu ilə sərnişin qatarı toqquşub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.