3G üzrə lisenziyalar bu həftə veriləcək

3g-uzre-lisenziyalar-bu-hefte-verilecek
Oxunma sayı: 634

Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, məsələ nazirliyin bu həftənin sonunda keçirilməsi gözlənilən doqquz ayın yekunlarına həsr olunmuş kollegiya iclasının gündəliyinə daxil edilib.

"Bu məsələ ilə bağlı ümumi qərar həmin kollegiya iclası çərçivəsində qəbul ediləcək. Tezliklər məsələsinə gəldikdə, bu barədə artıq Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarı var. Məsələ habelə operatorların özləri arasında da müzakirə olunur", - Məmmədov deyib.

Hazırda 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız Azerfon şirkəti malikdir. İki digər operator dəfələrlə bu standartda xidmətlər göstərməyə hazır olduğunu və bunun üçün bütün lazımi infrastruktura malik olduqlarını bəyan ediblər.