3G-yə necə qoşulaq? - İzah

3g-ye-nece-qosulaq-izah
Oxunma sayı: 1541

Bu isə hazırda istifadə edilən 2G texnologiyasından 20 dəfə artıq sürət deməkdir. Bakı və Azərbaycanın bəzi ərazilərində 3G sürəti, hətta, 21 mbit/s qədər çatacaq. Bu sistemin köməyilə videozənglər etmək, cib telefonundan televiziyaya baxmaq, hadisə yerindən canlı yayım aparmaq, hətta, böyük həcmli video faylları da telefon vasitəsilə göndərmək mümkün olacaq. Bundan əlavə, 3G sayəsində uzaqdan səhiyyə xidmətləri göstərmək, nağd pul daşımadan hər cür alış-veriş aparmaq, kommunal xərclərin ödənilməsi və bir çox bank əməliyyatlarını da telefondan həyata keçirmək imkanı yaranacaq.
Bu sistemə qoşulmaq üçün “Azercell” abonentlərinə öz Sim kartlarını yeniləmək lazım gəlməyəcək. 3G sözünü yazıb 2525 qısa nömrəsinə göndərməklə sistemə qoşulmaq mümkün olacaq.

Qeyd edək ki, 3G üzrə internetin tariflərində 60 faizədək endirimlər olacaq. 1 MB üçün fakturalı və fakturasız xətt abonentləri 40 qəpik, “GəncSim” tarifinə qoşulan abonentlər isə 20 qəpik ödəyəcəklər. 3G vasitəsilə “videozəng”in qiyməti “səsli zəng”in qiymətinə bərabər olacaq.

“Mobile TV” vasitəsilə isə 8 telekanala - İTV, “Akıllı TV”, TV1000, “Nickelodion”, MTV, “İdman-Azərbaycan”, “Euronews”, “Discovery World”ə baxmaq mümkün olacaq. Bunun 1 saatı 1 manat, 3 saatı 2 manat, 1 günü 4 manat, 7 günü 10 manatdır.

“Azercell” 3GMAX modeminin hədiyyə kampaniyasını da keçirəcək.

Nigar Məmmədli