52 təşkilat prezidentə müraciət etdi

52-teskilat-prezidente-muraciet-etdi
Oxunma sayı: 660

“Turan”ın məlumatına görə, dövlət başçısına göndərilən məktubda deyilir: “Cənab prezident! Biz, aşağıda imza edənlər - İnsan Haqları Evi şəbəkəsinin üzvləri vətəndaş cəmiyyəti fəalı və jurnalist Oqtay Gülalıyevin həbsindən və onunla pis rəftardan çox narahatıq.

Əminik ki, bu cür repressiv tədbirlər Oqtay Gülalıyevin insan hüquqları və korrupsiyaya qarşı mübarizə sahəsindəki fəaliyyəti ilə bağlıdır. Biz Azərbaycan hakimiyyətini Oqtay Gülalıyevi dərhal və şərtsiz azad etməyə, onun tam reabilitasiyasını təmin etməyə çağırırıq”. Müraciəti İnsan Haqları Evi Fondunun beynəlxalq şəbəkəsinin 52 təşkilatı imzalayıb. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru O.Gülalıyev kütləvi iğtişaş çağırışda ittiham olunur.