54 yaşlı idmançımız Olimpiada ilə vidalaşdı

54-yasli-idmancimiz-olimpiada-ile-vidalasdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun verdiyi məlumata görə, snayper İradə Aşumova 25 m məsafəyə atışda gücünü sınayıb.

74 idmançı hərəsində 37 nəfər olmaqla 2 qrupa ayrılıb ki, bunlardan ən yaxşı nəticə göstərən 8-i finala vəsiqə qazanacaq. Lakin Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova minimal vəzifənin öhdəsindən gələ bilməyib. 54 yaşlı atıcımız 287 xalla 37 idmançı arasında 13-cü nəticəni göstərib. Təmsilçimizin sıralamada yekun mövqeyi isə digər 37 iştirakçının çıxışından sonra müəyyənləşəcək.

Qeyd edək ki, İradə Aşumova Olimpiadada 10 m məsafəyə atış üzrə 39-cu yeri tutmuşdu.

Ceyhun Əhmədov