7 günlük nəticə - 1 medal

7-gunluk-netice-1-medal
Oxunma sayı: 669

“Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycan Olimpiya yığmasının 53 üzvündən 26-sı mübarizəyə qoşulub.

Onlardan 5-i mübarizəni davam etdirir. London Olimpiadası ilə vidalaşan 21 idmançımızdan isə yalnız 1-i – Valentin Xristov medal qazana bilib (bürünc).

Digər 27 iştirakçımız yarışlara qarşıdakı günlərdə qoşulacaq.

Ağırlıqqaldırma
Valentin Xristov (56 kq) – Bürünc medal qazanıb.
Boyanka Kostova (58 kq) - 5-ci yeri tutub.
Əfqan Bayramov (69 kq) - mübarizəni erkən dayandırıb.
Sərdar Həsənov (69 kq) - 8-ci yeri tutub.

Akademik avarçəkmə
Aleksandr Aleksandrov (2000 m) - finala yüksəlib.
Natalya Mustafayeva (2000 m) – 1/2 finala yüksəlib.

Atıcılıq
İradə Aşumova (10 m) – 39-cu yeri tutub.
İradə Aşumova (25) - 23-cü yeri tutub.

Boks
Soltan Migitinov – 1/8 finala yüksəlib.
Elvin Məmişzadə (52 kq) - 1/16 finalda uduzub.
Vətən Hüseynli (81 kq) - 1/16 finalda uduzub.
Heybətulla Hacəliyev (64 kq) - 1/16 finalda uduzub.
Məhəmməd Abdulhəmidov - 1/8 finalda uduzub
Məhəmmədrəsul Məcidov (56 kq) - 1/4 finala yüksəlib.
Teymur Məmmədov (91 kq) - 1/4 finala yüksəlib.

Cüdo
İlqar Müşkiyev – ilk görüşdəcə uduzub.
Tərlan Kərimov (66 kq) – 7-ci yeri tutub.
Kifayət Qasımova – ilk görüşdəcə uduzub.
Rüstəm Orucov - 1/8 finalda mübarizəni dayandırıb.
Elnur Məmmədli – ilk görüşdəcə uduzub.
Ramilə Yusubova - 1/8 finalda uduzub
Elxan Məmmədov - 1/8 finalda uduzub.
Elmar Qasımov – 1/4 finala vəsiqə qazanıb

İdman gimnastikası
Şakir Şıxəliyev - 40-cı yer

Qılıncoynatma
Səbinə Mikina - 1/8 finalda uduzub.

Üzgüçülük
Oksana Hətəmxanova (brass,100 m) – Təsnifat mərhələsində 46 idmançı arasında 44-cü olub.

Velosiped idmanı
Yelena Çalıx (şosse yürüşü) – finiş xəttinə çata bilməyib.


Ceyhun Əhmədov