74 Müəssisənin sahibkarı cərimə olunub – Niyə?

74-muessisenin-sahibkari-cerime-olunub-niye
Oxunma sayı: 707

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 642, mikrobioloji göstəricilərinə görə 195 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Müayinələrin 5-də orqanoleptik və fiziki-kimyəvi, 2-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 2443 yaxma, 7 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 38-də mikrobioloji çirklənmə aşkar edilib.
İyul ayı ərzində əhali arasında 114 qida zəhərlənməsi hadisəsi baş verib, 127 nəfər zərərçəkən olub.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən süd məhsullarının da təhlükəsiz göstəriciləri yoxlanılıb.

Süd məhsullarının təhlükəsizlik göstəriciləri üzrə Mərkəz tərəfindən iyulun 26-da başlanmış laboratoriya müayinələrinin nəticələrinə görə İsmayıllı rayonunun İvanovka kəndində fiziki şəxs Leontiyev Qennadiy Timofeyeviçə məxsus pendir istehsalı sexindən təkrar götürülmüş pendir nümunələrində Bağırsaq çöpləri qrup bakteriyalari (koliformlar), St.Aureus , Klepsella və Protey bakteriyaları aşkar edilib.
Eyni zamanda İsmayıllı şəhəri Girdman küçəsi 5 ünvanda fiziki şəxs Cəfərov Mirsəməd Ağasəməd oğluna məxsus pendir istehsalı sexindən təkrar götürülmüş pendir nümunələrində Bağırsaq çöpləri qrup bakteriyaları (koliformlar) aşkar edilib.
İstehsal sexlərində keçirilmiş sanitariya müayinələri zamanı aşkar edilmiş nöqsanlarla əlaqədar hər iki sexin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib. Sahibkarlar inzibati qaydada cərimə ediliblər.

Nigar Məmmədli