75 yaşlı baba dövlətdən arvad istəyir

75-yasli-baba-dovletden-arvad-isteyir
Oxunma sayı: 670

4 il əvvəl isə arvadı dünyasını dəyişib və Mehmet baba dul qalıb.

Arvadı öləndən sonra yenidən evlənmək istəyən Tanas Türkiyədəki evlənmə proqramlarına çoxlu müraciətlər etsə də, muradına çatmayıb.

Bu səbəbdən də sabiq bağban, təqaüdçü baba Sosial Təminat Vəqfinin binasına gələrək dövlət məmurlarından ona arvad tapmalarını tələb edib.

"Bəli, israrla deyirəm ki, evlənmək istəyirəm. Dükanım var, ayda 1000 lirəlik gəlirim var. Gülərüz, ciddi, başıhicablı, Allahın əmrini bilən, çəkisi 75 kq-dan artıq olmayan, ucaboy qadın arayıram. Namaz qılmalıdır, çünki mən ailədə imam olacağam, o da mənim camaatım.

İranlı bir arvad tapmışdım, amma əvvəlcə şəhid xəbərləri ölkədə yayıldı, sonra da Van zəlzələsi oldu. Elə bir vaxtla evlənmək sevdasında olsaydım, "bu kişi arsızdır" deyərdilər. İndisə dövlətdən tələb edirəm ki, mənə arvad tapsın, evləndirsin məni", - Mehmet Atık Tanas deyib.

Milli.Az