77 nəfərin qatilinə hökm oxundu - 21 il

77-neferin-qatiline-hokm-oxundu-21-il
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, məhkəmə prosesi bir sıra kanallarla canlı yayımlanacaq. Məhkəmə Osloda törədilmiş partlayışlarda və 77 nəfərin qətlində ittiham olunan Breyvikin həbsxanaya və yaxud məcburi müayinəyə göndərilməsi barədə qərar verəcək. Norveç əhalisinin əksəriyyəti isə onun həbsxanaya göndərilməsini tələb edir.

***
Artıq məhkəmə başa çatıb və 77 nəfəri qətlə yetirən Breyvik 21 il azadlıqdan məhrum oldub.

Xatırladaq ki, ötən ilin iyulun 22-də Andres Breyvik tərəfindən törədilən terror aktları nəticəsində 77 nəfər həlak olub, 92 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev