8000 manat oğurlayan şəxs tutuldu - Kriminal xəbərlər

8000-manat-ogurlayan-sexs-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 675

Oktyabrın 27-də saat 18 radələrində Lökbatan qəsəbəsi 28 may küçəsində Masallı rayon sakini Sərxan Əliyev idarə etdiyi “Wolksvaqen Tiquan” markalı avtomobillə qəsəbə sakini Tahir Alıyevi vurub, sonuncu xəstəxanaya aparılarkən ölüb.

Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) maddəsi ilə axtarışda olan Kəmalə Hüseynova tutulub.

Oktyabrın 24-də 288 saylı xətt avtobusunda Nigar Məmmədovanın çantasından pul və sənədlər oğurlayan Bakı şəhər sakini Bədəl Hüseynov oktyabrın 27-də Nəsimi RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sentyabrın 19-dan 29-dək olan müddətdə V.Əliyev küçəsində yaşayan Gülnarə Camalovanın evindən naməlum şəraitdə 8000 manat oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Elnur Məmmədov oktyabrın 27-də Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.