8529 bakalavr magistr adı uğrunda mübarizə aparacaq

8529-bakalavr-magistr-adi-ugrunda-mubarize-aparacaq
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

İmtahanın ikinci mərhələsində iştirak edəcək bakalavrlar iyunun 4-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq etdiriblər. 8529 bakalavr qəbul proqramını seçərək təsdiqlədib. Onlardan 7418 nəfəri Azərbaycan bölməsinin, 1111 nəfəri isə rus bölməsinin məzunudur.

Bakalavrların 3661 nəfərini oğlanlar, 4868 nəfərini isə qızlar təşkil edir. 5110 nəfər ali təhsil müəssisələrinin builki, 3419 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

İmtahan üçün Bakıda 11, Naxçıvan və Gəncədə 1 mərkəz ayrılıb.

Qeyd edək ki, imtahan saat 13.00-da başlayacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. Nəticələr elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına internet vasitəsilə ixtisaslaşma seçimini edəcəklər.