90 Emo öldürüldü

90-emo-olduruldu
Oxunma sayı: 662

Məlumata görə, İraqın Əxlaq Polisi bir neçə gün əvvəl rəsmi saytında emo tərzində olan gənclərin təqibi haqqında xəbərdarlıq edib və Emo fenomeninin yerli əhaliyə pis örnək olduğundan öz vəzifəsini yerinə yetirəcəyini bildirib. Bunun ardınca jurnalistlərin araşdırması zamanı xəstəxanalarda eyni anda can verən 14 gənc haqqında məlumat toplanıb, həmçinin Bağdad ətrafında zibil konteynerlərində də meyitlər aşkarlandığı xəbər verilib.

Məlumat üçün deyək ki, Emo sözü ingiliscə "emotional" sözünün ilk hecasından götürülüb, romantik , emosional, xəyalpərəst kimi mənalarda işlənir. Emo adını daşıyanlar özünə qapanmış, küskün həyat tərzi sürən qəribə saç düzümü , geyim tərzi və ağır makyajı ilə diqqət çəkirlər. Belə qrup gənclər Yaponiya, ABŞ, Avropadan sonra Asiya, Qafqaz ölkələrində də yayılıb.

Raminə