Babasının evindən 5 min oğurladı

babasinin-evinden-5-min-ogurladi
Oxunma sayı: 1159

Sabirabad rayonunda nəvə evdən 5 min manat oğurlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, apreldən mayın 29-dək olan müddətdə Nərimankənd kəndindəki evlərin birindən ümumilikdə 5000 manat oğurlanıb.

Şübhələr ev sahibinin nəvəsinin üzərində cəmlənib və o, saxlanılıb. Törətdiyi cinayət əməlini etiraf edən babasının adaşı olan Bəxtiyarın həmin məbləği ayrı-ayrı vaxtlarda oğurladığı müəyyən edilib. Axırıncı dəfə oğurladığı 300 manat maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Murad Əhməd