Abdulbari Goozal qan verdi – Foto

<b>Abdulbari Goozal qan verdi –<font color=red> Foto</b></font>
Oxunma sayı: 332

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, aksiyaya "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən müəssisələrin əməkdaşları qatılıb. Aksiyada iştirak edən və ilk qan verən "Azərsun Holdinq"in idarə heyətinin sədri Abdolbari Goozal aksiyanın əhəmiyyətindən danışaraq, bu tədbirin artıq ənənəyə çevrildiyini vurğulayıb.

Qanvermə zamanı qanverən şəxslərə tibbi xidmət göstərilib və donor qanları Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib. Qeyd edək ki, qanvermə aksiyası Holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq.

Artıq 5 ildir ki, "Azərsun Holdinq" belə bir aksiya keçirir. Bu günə qədər Holdinq əməkdaşları tərəfindən 1000 litrdən artıq qan mərkəzi qan bankına hədiyyə edilib.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi