Abdulla Öcalan Bəşər Əsədə məktub göndərdi

abdulla-ocalan-beser-esede-mektub-gonderdi
Oxunma sayı: 674

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə Apo 6 ay əvvəl İmralıdan Suriyada üsyanın yatırılması və Əsədə dəstək üçün 1000 PKK-lının göndərilməsi təlimatı verib.

Əməliyyat zamanı nəzarətə alınan vəkillərin İmralı ilə Kandil arasında əlaqəçilik etdiyi önə sürülmüşdü. Vəkillərin ofislərində edilən axtarışlarda Suriya ilə PKK arasındakı əlaqələri göstərən təşkilati qeydlər da ələ keçirilib. Məlum olub ki, Hafiz Əsəd dövründə 20 il boyunca PKK-nı Suriyadan idarə edən Öcalan bölgədən ayrıldıqdan sonra mövcud hökumətlə əlaqələrini kəsməyib və Bəşər Əsədə də öz dilindən məktub yazılması təlimatını verib.
Öcalan Suriyadakı hadisələr sonrası TV-lərdə Bəşər Əsədin çıxışlarından mesaj aldığını vurğulayaraq vəkillərindən ona məktub yazılmasını istəyir. 12 may 2010-cu il tarixli həmin görüş qeydləri vəkilin ofisində tapılmışdı. O görüş qeydlərində Öcalan Əsəd mövzusunda bunları söyləyir: “Əsəd ailəsi kürdlərlə düşmənlik etmək istəməz. Hafiz Əsədin oğlunun da atasına layiq olmasını və kürdlərə haqlarını verməsini diləyirəm. Gözəl bir mesaj göndərin Suriyaya. Əsədin TV-də bir mesajı çıxmış. Bu, mənim üçün əhəmiyyətlidir. O, “kürdlərin məsələsi bölgədə müzakirəylə həll edilməli” deyib. Əsəd Türkiyədə, İranda kürdlərə qarşı təzyiq üsullarına qatılmır. Mesajından bu çıxır. Ən azı mənim adıma belə bir məktub yazın: “Hörmətli cənab Əsəd, Suriyadakı kürd dostlarımızla bağlı TV-dəki mesajınızı aldım. “Regional müzakirəylə təyin edilməli” fikriniz həll yolunda bizim üçün çox əhəmiyyətlidir, təşəkkür edirik. Bu vəziyyət atanızın fikrinə də uyğundur. Mən təkrar Cəmil Əsəd və Hafiz Əsədi hörmətlə xatırlayıram.”

Bu əməliyyata etiraz edən BDP millət vəkilləri Hasip Kaplan, Sebahat Tuncel və Ayla Akat Ata, dünən İstanbul Ədliyyəsində baş prokurorun vəkili Fikrət Seçənlə görüşdü. Ardından da həmkarlarının KCK əməliyyatında nəzarətə alınmasını etiraz edən bir qrup vəkilin ədliyyə qarşısında keçirdiyi aksiyaya qatılıb.