Abdullah Gülün hər axşam oxuduğu dua

abdullah-gulun-her-axsam-oxudugu-dua
Oxunma sayı: 674

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən məlumatına görə, jurnalist-yazar Mehmet Gündemin hazırladığı kitab Abdullah Gülün həyatının ayrı-ayrı anlarına məxsus parçalar verilib.

Kitabda Abdullah Gülün hər axşam etdiyi duanın mətni də dərc edilib Dua belədir:


“Allahım! Məni etibar olunan et, təkəbbürdən, qürurdan uzaq tut, qəlbimi sevgi, ədalət, təvazö və şəfqətlə doldur. Üzərimə qul haqqının zərrə kölgəsini düşürmə. Dövlətin, millətin imkanlarını israf etdirmə, halalından xidmət etmə imkanı ver. Millətimi mənimlə məyus etmə. Məni və bütün komanda dostlarımı daşıdığı yükün fərqində olan əmanətdə əmin insanlardan elə!

Ölkəmin ucalması, yüksəlməsi və insanlarımızın şərəfli bir həyat sürməsi üçün bizə güc ver, qüvvət ver, dirilik ver, birlik ver. İşlərimizi asanlaşdır, həm dünyada, həm də axirətdə yaxşılıqlar, gözəllik və səadətlər lütf elə!

İnsanlarımızı hər cür qəzadan, bəladan və fəlakətdən qoru, ölkəmizə bərəkət ver. Dövlətimizi və millətimizi payidar et. Sülh və əmin-amanlıq içində bir vücudun əzaları kimi olmağı, bir-birimizi sevib, qardaşcasına yaşamağı nəsib elə!”