Abdullla Abdullayevin yeznəsinə iş verildi - Hökm

abdullla-abdullayevin-yeznesine-is-verildi-hokm-
Oxunma sayı: 690

A.M.A.Y. ticarət mərkəzinin direktoru Elşən Novruzova 11, Yusif Kərimovla Zakir Məmmədovun hərəsinə isə 10 il iş verilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə belə bir məlumat açıqlanmışdı ki, tərəflər kredit borcunun ödənilməsi ilə bağlı artıq razılığa gəliblər və yaxın günlərdə A.M.A.Y ödəmələrə başlayacaq. Məhkəmə isə ödəmələrin başlanmasını və borcun artıq qaytarıldığını nəzərə alan hökm çıxarmalı idi. Lakin A.M.A.Y tərəfi dəfələrlə vaxtı uzatsa da problemi həll etməyib. Və nəticədə məhkəmə hökmünü elan etməyə məcbur olub.

Xatırladaq ki, sözügedən şəxslər Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunurlar. Onlar Texnikabankdan aldıqları kreditləri götürdükləri öhdəliyə uyğun ödəmədiklərinə və təyinatı üzrə xərcləmədiklərinə görə ittiham olunaraq, məsuliyyətə cəlb olunublar.

Daha bir qeydi diqqətə çatdıraq ki, Elşən Novruzov A.M.A.Y-ın sahibi Abdulla Abdullayevin bacısının əridir.

Səidə