Babək prospekti bu tarixdə tam açılacaq

babek-prospekti-bu-tarixde-tam-acilacaq
Oxunma sayı: 2796

Bakının Xətai rayonu, Babək prospektində yenidənqurma işləri davam etdirilir.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Agentlik rəhbəri bildirib ki, həmin prospektdə işlər yekunlaşmaq üzrədir: "Hazırda işlərin çox hissəsi yekunlaşıb. Prospektdə 1 kilometrlik məsafədə asfaltlanma işləri aparılır. Dekabrın 10-na qədər Babək prospektində işlər tam yekunlaşacaq və yol tam istifadəyə veriləcək".