Babək prospektində su borusu partladı

babek-prospektinde-su-borusu-partladi
Oxunma sayı: 5580

Babek prospektində magistral su xəttində qəza olub.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, su xəttinin partlaması nəticəsində yolun hərəkət hissəsini su basıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, sözügedən ərazidən bir neçə magistral xətt keçir və qəza həmin xətlərdən birində baş verib:

“Anbardan həmin xəttə suyun verilməsini dayandırmışıq. Hazırda problem tam aradan qaldırılıb. Xəttə suyun verilişi və hidravlik rejim bərpa edilib. Hadisə ilə əlaqədar ərazidə yaşayan sakinlərə icməli suyun verilişində problem yaşanmayıb”.