Babək Zəncaninin hələ edam edilməməsinin səbəbi açıqlandı

babek-zencaninin-hele-edam-edilmemesinin-sebebi-aciqlandi
Oxunma sayı: 2563

Xaricə neft satışından əldə etdiyi 2,8 milyard dolları mənimsəməkdə ittiham edilərək 2016-cı ilin martında haqqında edam hökmü çıxarılan iranlı biznesmen Babək Zəncaninin cəzası hələ icra olunmayıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, İran məhkəmə sədrinin müavini Hadı Sadıqi hökmün Zəncaninin vurduğu bütün ziyanı ödəməsindən sonra icra olunacağını açıqlayıb.

Onun sözlərinə görə, hazırda Zəncaninin xaricdəki pullarının müəyyənləşdirilməsi və geri gətirilməsi istiqamətində işlər görülür:

“O, mənimsədiyi bütün pulların hamısını xəzinəyə geri qaytarmalıdır. Lakin, həmin pulların bir hissəsi xaricdə olduğu üçün onları əldə etmək mümkün deyil. Xalqımız edam qərarının icrası üçün tələsməməlidir”.