Babəkin abidəsinin yeri hələ müəyyənləşməyib

babekin-abidesinin-yeri-hele-mueyyenlesmeyib
Oxunma sayı: 643

Martın 12-də “Media forum” saytına açıqlamasında heykəltəraş Arif Qazıyev belə deyib.

Arif Qazıyevin sözlərinə görə, yer məsələsində fikir ayrılığı var: “Əvvəlcə Babək prospektinin axırını müəyyənləşdirmişdilər. Sonra bu yerin paytaxtın mərkəzindən uzaq olduğu deyildi, “Xətai” metro stansiyasının yaxınlığı təklif olundu. Son qərar prezidentindir, haranı desə, biz də orada işə başlayacağıq”.

Arif Qazıyev bildirib ki, heykəlin harada hazırlanması da hələlik müəyyən edilməyib: “İlk növbədə maket hazır olmalıdır. Çox güman ki, on günə maketi hazır edəcəyik. Bundan sonra heykəlin Azərbaycanda, yoxsa Ukraynada işlənəcəyi məsələsinə aydınlıq gələcək”.

Prezident İlham Əliyev Bakıda Babəkin abidəsinin ucaldılmasına 2011-ci il sentyabrın 6-da sərəncam verib.