ABŞ Azərbaycanla bağlı xəbəri təkzib etdi

abs-azerbaycanla-bagli-xeberi-tekzib-etdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, jurnalistlərlə keçirdiyi görüşdə məsələyə aydınlıq gətirən ABŞ dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Viktoriya Nuland bildirib ki, bu həqiqəti əks etdirmir: “Mən bu mövzu ilə bağlı hər hansı faktiki əsasların olması ilə bağlı informasiyaya malik deyiləm”.

Qeyd edək ki, Azərbaycanın İrana hücum planı üçün İsrailə öz ərazisində hərbi aerodromlardan istifadə etmək hüququ ilə bağlı məqalə Foreign Policy elektron nəşrində dərc olunmuşdu. Müəllif Obama administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə və Amerika kəşfiyyatı əməkdaşlarına əsaslanaraq (adını açıqlamaq istəmədiyi) belə bir informasiya yaymışdı.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev martın 12-də Tehranda səfərdə olarkən bəyan etmişdi ki, ölkəsi öz ərazisini İrana hücum etmək üçün istifadə olunmasına imkan verməyəcək.

Səidə