ABŞ-da yamyam faciəsi

abs-da-yamyam-faciesi-
Oxunma sayı: 641

“Qaqfazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Florida ştatında yaşayan Tyree Lincoln Smith küçələrdə yaşayan Angel Gonzalezi kimsəsiz bir evə aparıb. Burda Angeli baltayla öldürən Smith sonra onun beynini və gözlərini yeyib.

Cinayətin üstü baş verən hadisəni Smithin qohumuna söyləməsindən sonra açılıb. Qohumu baş verənləri anasına, o da polisə xəbər verib.

Smith həbs olunub. Lakin anası oğlunun ağlının yerində olmadığını söyləyib. Cinayət faktı ilə bağlı dünən məhkəmə prosesi başlayıb.

Smithin ağlının yerində olub-olmaması ilə bağlı psixiatrik müayinə olacağı xəbər verilir.

Məhkəmənin sonrakı iclası fevralın 14-də keçiriləcək.