ABŞ-dan ermənilərə “bokovoy” zərbə

abs-dan-ermenilere-bokovoy-zerbe
Oxunma sayı: 703

Erməni mətbuatında yazılanlara görə, Nümayəndələr palatasının Xarici Maliyyə Yardımı üzrə Alt Komitəsinin bu qərarı Konqresdə çalışan Azərbaycan və türk diasporasının aktiv fəaliyyətinin nəticəsidir.

Qeyd edək ki, bu qanun layihəsinin əhatə etdiyi ümumi xərclər Birləşmiş Ştatların federal xərclərinin bir faizini təşkil edir. Xatırladaq ki, 1998-ci ildən göstərilən yardım separatçı rejimin humanitar ehtiyaclarına ünvanlanırdı. Onu da qeyd edək ki, bu ilədək konqres tərəfindən hər il Dağlıq Qarabağa 10 milyon dollar humanitar yardım ayrılırdı. Bu da öz növbəsində rəsmi Bakının etirazlarına səbəb olurdu. Azərbaycan dəfələrlə ABŞ Konqresinə müraciət edərək birbaşa maliyyə yardımını dayandırmağa çağırmışdı. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məsələ ilə bağlı son qərar veriləndən sonra açıqlama veriləcəyini bildirdi.

Xatırladaq ki, Konqresin prosedurlarına əsasən Alt Komitənin təsdiqlədiyi layihəyə Xarici Pul Vəsaitlərinə dair Komitə avqustun 3-də baxacaq.