ABŞ-dan İrana cavab gəldi

abs-dan-irana-cavab-geldi
Oxunma sayı: 643

Qafqazinfo”nun məlumatına görə, “əl-Ərəbiyə” telekanalının verdiyi xəbərdə məktubu ABŞ rəsmilərinə isveçrəlilər çərşənbə axşamı təqdim ediblər.
Təxminən yeddi səhifədən ibarət olan məktubun məzmununa ABŞ Dövlət Departamentinin təmsilçisi Viktoriya Nulanda münasibət bildirib. Nuland, “Məktub təmtəraqlı nitqdən ibarət olan boşboğazlıqdır”, - deyib.
Nuland qeyd edib ki, məktub çox təhqiramizdir. “Amma bizim üçün onda yeni heç nə yoxdur”,- deyə Nuland əlavə edib.
Xəbər verildiyi kimi, İran ABŞ prezidenti Barak Obama administrasiyasından tələb edirdi ki, Vaşinqton Səudiyyə Ərəbistanının səfirinin qətli ilə bağlı rəsmi Tehrana qarşı irəli sürülən ittihama görə üzr istəsin.
Qeyd edək ki, İran hökuməti ABŞ-a ünvanlanmış məktubu İsveçrədəki səfirliyi vasitəsilə çatdırıb. İranda baş verən İslam inqilabından sonra rəsmi Tehranla ABŞ arasında heç bir diplomatik əlaqə yoxdur.