ABŞ Fərhad və Rafiq Əliyevə azadlıq istədi

abs-ferhad-ve-rafiq-eliyeve-azadliq-istedi
Oxunma sayı: 660

“Turan”ın məlumatına görə, məktubda siyasi məhbuslar probleminin həll olunmamasından narahatlıq ifadə olunub: “Biz iqtisadi və sosial sabitliyin saxlanması ilə bağlı Azərbaycanın səylərini qiymətləndiririk. Lakin insan hüquqları, ilk növbədə siyasi məhbuslar məsələsinin həll edilməməsindən narahatıq”.

Konqresmenlər Fərhad və Rafiq Əliyev qardaşlarının hələ də həbsdə qalmasından dərin narahatlıq bildirərək onların azadlığa buraxılmasını xahiş ediblər.

Tom Lantos və Ceyms Makqovern Azərbaycan hökumətini beynəlxalq öhdəliklərə, əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əməl etməyə çağırıblar.

Konqresin hüquq komissiyası Nümayəndələr Palatasının müstəqil klubudur. Onun missiyası beynəlxalq insan hüquqları normalarının müdafiəsi və dəstəklənməsidir.

2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunan Fərhad və Rafiq Əliyev qardaşları sonradan iqtisadi cinayətlərdə təqsirli biliniblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə əmlakları müsadirə olunmaqla F.Əliyevi 10, R.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edib.