ABŞ-ın “Xankəndi” aeroportu ilə bağlı mövqeyinə - erməni reaksiyası

abs-in-xankendi-aeroportu-ile-bagli-movqeyine-ermeni-reaksiyasi-
Oxunma sayı: 641


“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri qondarma respublikanın prezidentinin mətbuat katibi David Babayan ABŞ Dövlət Departamentinin aeroportla bağlı bu yaxınlarda verdiyi bəyanata münasibət bildirərkən deyib: ““Stepanakert” aeroportunun açılması siyasi məqsədlər daşımır. Dağlıq Qarabağ Respublikasının (qondarma) rəhbərliyi dəfələrlə bu haqda danışıb. Azərbaycan isə əksinə olaraq bu məsələni siyasiləşdirmək istəyir, fərziyyələr irəli sürür”.

Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nulandın “aeroportun istismara verilməsinin Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üzrə istənilən iddiaların dəstəyi üçün istifadə oluna bilməz” bəyanatını şərh edən mətbuat katibi bildirib ki, bizim üçün Dağlıq Qarabağın de-yure və de-fakto statusu çoxdan müəyyən olunub. Daha sonra qeyd edib ki, bu aeroport sosial-iqtisadi obyektdir və ölkənin inkişafına xidmət edəcək.