ABŞ prezidentindən homoseksuallara qayğı

abs-prezidentinden-homoseksuallara-qaygi-
Oxunma sayı: 791

Obama homoseksualların Amerika ordusunda xidmət etmək üçün cinsi seçimlərini gizli saxlamaq məcburiyyətində qoyan qanunu ləğv edəcəyini açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, prezident yazılı açıqlamasında 18 ildir qüvvədə “Soruşma, Söyləmə” adlı qanunun ləğvi üçün Konqresi bu barədə məlumatlandırdığını bildirib: “Sentyabrın 20-dən etibarən əsgərlər ölkəmizə xidmət etmək üçün kim olduqlarını gizlətmək məcburiyyətində qalmayacaqlar. Ordumuz sırf homoseksual olduqları üçün vətənpərvər amerikalıların bacarıq və qabiliyyətlərindən məhrum qalmayacaq”.
Qeyd edək ki, “Soruşma, Söyləmə” qanununu qüvvəyə mindiyi 1993-cü ildən bəri 13 mindən çox homoseksula əsgər cinsi seçimlərini gizləmədikləri üçün ordudan xaric edilmişdilər.

Səidə