ABŞ səfiri məhkəmənin qərarından sevindi

abs-sefiri-mehkemenin-qerarindan-sevindi
Oxunma sayı: 643

Səfir jurnalistlərə bildirib ki, 2 aprel aksiyasında iştirak edənlərin həbsindən təəssüflənir: «Heç kim öz fikirlərini ifadə etdiyinə görə tutula bilməz. Biz tutulanlarla bağlı təəssüfümüzü ifadə etmişik. Şəffaf məhkəmənin əhəmiyyətini vurğulamaqda davam edirik. Hər bir şəxs ədalətli məhkəmə ilə təmin olunmalıdır. Məhkəmə prosesinin ədalətli olması çox mühüm və vacibdir. Dünən eşitdim ki, Bakı Apellyasiya Məhkəməsi bir iş üzrə əvvəlki məhkəmə qərarını dəyişib və müsbət qərar verib. Mən bu xəbərdən çox şad oldum».