ABŞ Suriyadakı səfirliyini bağladı - İşarə

abs-suriyadaki-sefirliyini-bagladi-isare
Oxunma sayı: 671

ABŞ Suriyanın paytaxtı Dəməşqdəki səfirliyini bağlayıb. Dövlət Departamenti bunu silahlı hücum təhlükəsi ilə əsaslandırıb.

Bu arada isə Bəşər Əsəd rejiminə qarşı beynəlxalq təzyiq güclənir. Ağ evin mətbuat katibi Suriyanın müttəfiqlərinə xəbərdarlıq edib ki, Bəşər Əsədə bel bağlamaq əvvəlcədən məğlubiyyətə məhkumdur.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə deyib ki, Bəşər Əsəd cinayətkar rejimə başçılıq edir. O, Çin və Rusiyanın BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoymasını xəyanət kimi qiymətləndirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Çinin mövqeyinin tənqid edilməsini “ədəbsizlik” adlandırıb.

BBC