ABŞ telekanalı Qarabağı reklam edir

abs-telekanali-qarabagi-reklam-edir
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, telekanalın rəsmi saytında qeyd edilib ki, macəra axtaran şəxslər Ermənistan və Azərbaycan arasında yerləşən Dağlıq Qarabağa səfər edə bilərlər.

Telekanal həmçinin bura səfər edən şəxslərin yeni tikilən “Ermənistan” otelində, Dağlıq Qarabağın (qondarma) paytaxtı Stepanaketdə (Xankəndi) qala biləcəklərini tövsiyə edir. Bundan başqa, səyyahlara Qandsazar ( qədim alban abidəsi) monastrına da mütləq baş çəkməyi təklif edir.

Qeyd edək ki, siyahıda Çilinin Atakama səhrası, Portuqaliyanın paytaxtı Lissabon, Avstraliyada Uitsaindi adaları, Tailandda Reyley çimərliyi, Niderlandın Venlo şəhəri və Laosun şimalında yerləşən Luanq Prabanq şəhəri də var.

Səidə