“ABŞ və Rusiya Ermənistanı necə xilas edib?” – Manşetlər

abs-ve-rusiya-ermenistani-nece-xilas-edib-mansetler
Oxunma sayı: 695

“Yeni Müsavat” qəzetinin manşetində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İsveçrədəki bank hesabları ilə bağlı xəbər yer alıb. “Nazarbayevin 600 milyonluq hesabı bağlandı” başlıqlı yazıda bun un səbəbləri və təhlillər yer alıb.

“Zerkolo” qəzetinin manşetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı analitik məqalə dərc olunub. “Qərb bizə yardım etmir” başlıqlı yazıda məsələnin həllində Qərbin rolu və bununla bağlı ekspert rəyləri yer alıb.

“Azadlıq” qəzeti isə manşet xəbər olaraq “Cahangir Hacıyevin imza saxtakarlığı” xəbərini seçib. Xəbərdə Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin “Kainat” ASC vasitəsilə pul mənimsədiyi iddia edilir.

“Azərbaycan” qəzetinin manşetində ““Bahar”ın yeni ömrü başlayır” başlıqlı xəbər dərc olunub. xəbərdə “Bahar” qaz yatağı və orada çalışanlar haqqında məlumat verilir.

“Şərq” qəzetində isə manşet xəbər “xruşşoka” binalarla bağlıdır. “Bakıda çoxlu sayda təhlükəli bina var” başlıqlı xəbərdə məsələ ilə bağlı Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun münasibəti yer alıb.

“Xalq cəbhəsi” qəzetinin manşetində “Qəbələ RLS-ə dair yeni saziş imzalana bilər” başlıqlı xəbər dərc edilib. Xəbərdə Xarici işlər nazirinin müavini Xələf Xələfovun məsələ ilə bağlı dediyi fikirlər öz əksini tapıb.

“Kaspi” qəzetinin manşeti “FHN “xruşşovka”ları yoxlayır” başlıqlı xəbərdir. Xəbərdə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun bu binalarla bağlı dediyi fikirlər yer alıb.

“Bizim yol”un manşetində yer alan xəbər isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. “ABŞ və Rusiya Ermənistanı necə xilas edib?” başlıqlı xəbərdə məsələ ilə bağlı ekspert rəyləri də yer alıb.

“Yeni Azərbaycan” qəzetinin manşetində “Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb” xəbəri dərc olunub. xəbərdə artımın miqdarı qeyd edilib.

“525-ci qəzet”in manşet xəbəri isə “Bakıdakı köhnə binalar ya söküləcək, ya da bərpa olunacaq” başlıqlı xəbərdir. Xəbərdə “xruşşovka” adlanan binalarla bağlı aparılan araşdırmalar haqqında ətraflı məlumat verilir.

Hazırladı: Fatimə Kərimli