ABŞ yeni terror aktından narahatdır

abs-yeni-terror-aktindan-narahatdir
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, daxili təhlükəsizlik nazirliyinin sözçüsü Matt Chandler xəbəri "spesifik, etibarlı, ancaq təsdiq edilməmiş" məlumat kimi xarakterizə edib. Bir başqa səlahiyyətli isə ABŞ kəşfiyyat orqanlarının təhdidin ciddiliyini qiymətləndirmək üçün digər ölkələrdəki məlumatları da araşdırdıqlarını söyləyib.
“Reuters” xəbər agentliyi təhlükəsizlik qüvvələrinin iki ya da üç şübhəlinin axtardığı haqda məluma yayıb.

Nyu-Yorkun bələdiyyə sədri Michael Bloomberg və təhlükəsizlik müdiri Raymond V. Kelly dünən keçirdikləri mətbuat konfransında, polisin nəzarət nöqtələri quracağını, metroda, körpülərdə müşahidələrin gücləndirəcəklərini deyiblər.

Şəhər rəhbərliyi Nyu-York əhalisinə normal həyatlarına davam etmələrini də tövsiyə edib.