Abşeronda 300 min manat oğurlandı

abseronda-300-min-manat-ogurlandi
Oxunma sayı: 672

Baş Cinayət-Axtarış İdarəsi və Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Qiyas Süleymanov tutulub.

Abşeron rayonunda şirkətdən edilmiş müdhiş oğurluqla bağlı daha bir məlumat verilib. Abşeron rayon Polis Şöbəsindən Milli.Az-a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən Qiyas Süleymanov hadisəni tək törətməyib. Ona köməklik etmiş dostu, Mais adlı şəxs bu gün səhər qandallanıb.

Şöbədən verilən məlumata görə, oğurluqda şübhəli bilinən Qiyas Süleymanovun qardaşı "Su-İstilik Quraşdırma" şirkətində işləyir. Dostu ilə həmin şirkətə gedən zaman planlarını həyata keçirmək qərarına gəliblər. Onlar qapını sındıraq seyfi oğurlayıblar. Sonra seyfi sındıraraq içərisindəki pula sahib çıxıblar. Hazırda pulun 220 000 manatı aşkarlanaraq götürülüb.

Saxlanılan Q.Süleymanov cinayəti borcu olduğuna görə törətdiyini deyib. Təxminən 100 000 manat borcu olduğunu deyən Q.Süleymanov oğurladığı pulun 80 000 manatını da elə borcuna qaytardığını deyib.