Bacıların evindən tapança çıxdı

Bacıların evindən tapança çıxdı
Oxunma sayı: 64

Cəlilabadda iki bacının evlərindən odlu silah götürülüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşları Cəlilabad şəhər Səməd Vurğun küçəsi, ev 75 ünvanında yaşayan Yaqut Hüseynovanın evinə baxış keçiriblər. Mənzildən tapança aşkarlanıb.
 
Yaqut Hüseynovanın yaxınlıqda yaşayan bacısı Zümrüd Əliyevanın da evindən isə işarəverici siqnal tipli tapança götürülüb. Silahların müvafiq sənədi olmadığı müəyyənləşib. Qadınlar silahların onlara babalarından qaldığını bildiriblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi