“Bacımı, anamı, iki övladımı itirdim”

bacimi-anami-iki-ovladimi-itirdim
Oxunma sayı: 766

“İki yaşımda atamı itirmişəm, sonra anamı, cavan bacımı itirmişəm. Bir qardaşım qalıb, bir bacım. Amma xoşbəxtəm həyatda. 2 nəvəm var. Yaşamağa dəyər. Bacımı erkən yaşda itirdim. 2 uşağı qaldı. Allaha şükür hər ikisi ailə qurub”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov “Gəlin danışaq” verilişinə qonaq olarkən deyib.  Müğənni proqramda öz qorxularından söz açıb:

“Həyatımda nə olubsa, səhərlər olub. Atamı da səhər gətiriblər, bacım da səhər rəhmətə gedib, anam da səhər-səhər huşunu itirib, axşama çəkmədi heç. Səhər oyananda həmişə qorxmuşam. 3 acı da mənə səhərlər dəyib. Mənim övladlarım dünyaya gəldi, 2 övladım mənim səhər rəhmətə gedib. Səhər adam xoş söz eşidər.

Səhərlər qorxa-qorxa oyanmışam. Səhər evdən çıxan adama dualar eləmək lazımdır ki, geri dönsün. Oğluma deyirəm ki, çalış bədbin oyanma. Bir yerin ağrıyanda da çalış onu büruzə vermə”.