“Bacımı cəzalandırmaq istəyirdim...”

“Bacımı cəzalandırmaq istəyirdim...”
Oxunma sayı: 1340

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qəbiristanlıqda bıçaqlamaqda təqsirləndirilən Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə baxış iclası keçirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. O.Hüsyenov özünü qismən təqsirli bildiyini deyib. O, bu əməlinə belə izahat verib: “Bacımı cəzalandırmaq istəyirdim, ona görə bıçaqladım”.

O.Hüseynovun  noyabrın 20-də keçiriləcək iclasda geniş ifadə verəcəyini bildirib.

İttihama görə, O.Hüseynov bacısı Elnuranəni yaşadığı Binəqədi rayonunda yerləşən qəbiristanlığa apararaq orada çoxlu bıçaq zərbəsi vurub. Onun öldüyü zənn edərək hadisə yerindən uzaqlaşıb. Qadının səsini eşidən şəxslər onu xəstəxanaya çatdırıblar. Həkimlər E.Hüseynovanın həyatını xilas edə bilib. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi