Bacısıgilə getmək üçün evdən çıxdı, qayıtmadı - Foto

bacisigile-getmek-ucun-evden-cixdi-qayitmadi
Oxunma sayı: 1534

Xaçmaz rayonu Nərəcan kənd sakini Abdullayev Rafayəddin Rafiq oğlu itkin düşüb.“Qafqazinfo” xəbər verir ki, 39 yaşlı R.Abdullayev avqustun 1-i səhər saatlarında Xaçmaz şəhərində yaşayan bacısıgilə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında psixiatr qeydiyyatında olan Rafayəddin Abdullayevin nitqi də qüsurludur.

İtkin düşən şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.