Bacısına görə Hadisənin başı dərddədir - Məmurlar qapısına gəldi

bacisina-gore-hadisenin-basi-derddedir
Oxunma sayı: 2842

Türkiyəli müğənni Hadisənin bacısı Hülya Açıqgözə görə qapısına icra məmurları gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya bahalı avtomobil borcunun 200 min lirəsini (83 min 400 manat) ödəmədiyi üçün icra məmurları əmlakına həbs qoymaq istəyib.

Hadisənin Beşiktaş səmtindəki ofisinə gedən məmurlar 3 saatlıq görüşdən sonra borcun ən qısa zamanda ödənməsi barədə razılıq əldə ediblər. Buna görə də əmlak müsadirə edilməyib.

Faktla bağlı sosial media hesabından açıqlama yayan H. Açıkgöz bildirib ki, məsələnin Hadisə ilə əlaqəsi yoxdur.