Bacısına mesaj yazanı öldürən gəncin cəzası ağırlaşır

bacisina-mesaj-yazani-olduren-gencin-cezasi-agirlasir
Oxunma sayı: 2650

Prokurorluq bacısına mesaj yazanı öldürən gəncin cəzasının ağırlaşdırılmasını istəyir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bacısına mesaj yazdığı üçün görüşə çağırdığı 21 yaşlı Ələkbər Muxtarovu öldürən 18 yaşlı Mirismayıl Hüseynova 5 il cəza verilib.

Prokurorluq Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmündən narazı qalıb və cəzanın ağırlaşdırılması üçün apellyasiya protesti verib.

İş icraata qəbul edilib və ilk iclas sentyabrın 28-də keçiriləcək. Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov sədrlik edir.

Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib. M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, 13 yaşlı bacısı isə İmişli rayonunda anası ilə yaşayıb. İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq Ələkbərə yazmağa başlayıb. Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən  Ələkbərə zəng edib və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb və M.Hüseynov onu oradaca bıçaqlayaraq öldürüb.

Murad Əhməd