Bacısını qətlə yetirdi

bacisini-qetle-yetirdi
Oxunma sayı: 3355

İyulun 12-də saat 6 radələrində Yasamal rayonunun 1-ci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanın kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, X.Bayramova xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb. 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.