Bacısının başını kəsən Pərvanənin - - Fotosu+Video

bacisinin-basini-kesen-pervanenin-
Oxunma sayı: 10996

 

"Qafqazinfo" publika.az-a istinadən xəbər verir ki, Pərvanə xüsusi mühafizə altında polis maşınına əyləşdirilib. 

 ***

Dünən bacısı tərəfindən başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanı hazırda polis tərəfindən  mühasirəyə alınıb. Publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əraziyə jurnalistlər buraxılmır.

 Artıq Günelin meyiti ilkin ekspertizadan keçirilib.

“Qızın üzərində heç bir zorakılıq əlaməti qeydə alınmayıb. Bakirəliyin pozulması faktı  yoxdur. Günel Nuriyevanın lezbiyan olması ilə bağlı deyilənlər yalandır”.

 Hazırda bacısını öldürən Pərvanə Nuriyeva istintaq hərəkətlərinin aparılması üçün qətlin törədildiyi evə gətirilib.

 Qonşuların verdikləri məlumata görə, onlar bu bacıları yaxşı qızlar kimi tanıyıblar. Qızlardan heç bir pis hərəkətin və ya evə kənar şəxslərin gətirilməsinin şahidi olmayıblar.

 Öldürülən böyük bacı idi, hadisəni törədən əkizlərdən biridir. Ölən bacısının meyitini isə digər əkiz bacı aşkarlayıb. Valideynlərini çağırarkən isə onun öldüyünü deyil, yaralı olduğunu bildiriblər.

 Məlumata görə, G. Nuriyeva bu gün saat 17-də  Şəki şəhərində dəfn olunacaq.