Aclıq aksiyası keçirən Qarabağ əlili danışığını itirdi

acliq-aksiyasi-keciren-qarabag-elili-danisigini-itirdi
Oxunma sayı: 660

Bu haqda məlumatı Deyerler.Org-a Elman Şahbazovun həyat yoldaşı Sülhiyyə xanım verib.

“Elman danışa bilmir və sol, ürək tərəfi quruyub. Bu gün səhər həkim gəlmişdi. Bundan başqa, nevroz xəstəliyinə görə həkim gətirilmişdi. Rayon icra hakimiyyətindən isə maraqlanan olmayıb.

Bu gün günortadan sonra vəziyyəti çox pis olduğundan az miqdarda su və süd içirtmişəm”, - deyə Qarabağ əlilinin həyat yoldaşı bildirib.