Aclıq aksiyası keçirənlərə dəstək

acliq-aksiyasi-kecirenlere-destek
Oxunma sayı: 653

Ümid Partiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, partiyanın Qadınlar Təşkilatının sədri Könül Quliyeva aclıq aksiyası keçirən qadınlarla həmrəy olduqlarını, onların haqlı tələblərinin dərhal yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Avropanın nüfuzlu mahnı müsabiqəsinin keçirildiyi bir ölkədə siyasi düşüncəsinə görə həbs olunmuş şəxslərin olması, Sərbəst Toplaşma azadlığının təmin olunmasını tələb edən qadınlara qarşı, bütün milli-mənəvi dəyərləri heçə sayıb, zorakilıq edən polislərin cəzasız qalması yol verilməzdir. “Eurovision” mahnı yarışmasının keçiriləcəyi ərəfədə bütün siyasi məhbuslar dərhal azadlığa buraxılmalıdır: “Biz vicdan məhbuslarının “Eurovision” mahnı yarışmasının keçiriləcəyi ərəfədə azadlığa buraxılması ilə bağlı Eurovision Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya müraciət də ünvanlamışıq. Bu tələblərin yerinə yetirilməməsi, aksiyanın genişlənməsi ilə nəticələnəcək”.