Aclıq aksiyasına 5 nəfər də qoşuldu

acliq-aksiyasina-5-nefer-de-qosuldu
Oxunma sayı: 707

Aksiya oktyabrın 14-də Müsavat Partiyasının qərargahında siyasi məhbuslara azadlıq tələbi ilə başlayıb.

2 aprel məhbusu, Müsavat Partiyasının üzvü Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəylinin “Media forum” saytına verdiyi məlumata görə, oktyabrın 18-də aclıq aksiyasına 3 qadın qoşulub - Ellada Məmmədli, Sevda Laçınlı, Rəhimə Məcidli. AXCP sədrinin müavini Nürəddin Məmmədli, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da aclığa başlayıblar.

Bu günəcən İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunan AXCP üzvü Elnur Məcidlinin atası, Məhbus Ailələri Komitəsinin sədri Arzuman Məcidli, Müsavat Partiyasının üzvü Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli, AXCP fəalı Dəyanət Babayev, Müsavat Partiyasının üzvü Novruz Orucov, AXCP sədrinin müavini, İctimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədr müavini İradə Əliyeva aclıq edirdi.